- Baxış sayı: 138
- 07 Noyabr 2025 14:30
- Baxış sayı: 138
- Noyabr 07, 2025
- 0

III MDB oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə final matçı baş tutub.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması Özbəkistana qalib gələrək (3:0) qızıl medal qazanıb.
Dünən üçüncü yer uğrunda görüşdə Qırğızıstan yığması Qazaxıstana qalib gəlib (2:0) və turnirin bürünc medalına sahib çıxıb.
Bununla da çövkən yarışlarına yekun vurulub.