Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük dəbilqə” turnirində komanda hesabında 1-ci yer tutub

Allsport.az saytı xəbər verir ki, seçməmiz 4 qızıl və 2 bürünc medal qazanıb. Bu, ilk belə böyük uğurdur.

Dəqiq nətilərə gəldikdə, Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.

Bu cüdoçularımızdan savayı, xeyli digər milli üzvləri xal ehtiyatlarını artırıblar. Məhəmmədəli Mehdiyev (90 kq) ilə Camal Həmzətxanov (+100) 5-ci, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Murad Fətiyev (90 kq), Aslan Mirzəyev (100 kq), qadınlarda Aydan Vəliyeva (52 kq) və Aytac Qardaşxanlı (63 kq) 7-ci olublar.

Xatırladaq ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish