Azərbaycan cüdoçusu dünya çempionatından kənarlaşdırıldı

Azərbaycan cüdoçusu Fidan Qasımova, bu gün Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda start götürən yeniyetmələrin dünya çempionatından kənarlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, 52 kq-da çıxış etməsi planlaşdırılan idmançının PCR testi pozitiv çıxıb. Bu səbəbdən, BCF müvafiq qərarı qəbul edib.

Ali qurumun tətbiq etdiyi protokola uyğun olaraq, yarışa gələn idmançılar ilk növbədə, sürətli antigen testi verməlidirlər. Fidan Qasımovanın 1-nci antigen testi pozitiv çıxdıqdan sonra yenidən antigen testi olunub. İkincinin cavabı da pozitiv çıxdığından, o, üçüncü dəfə də PCR testi olunub və testin cavabı pozitiv çıxıb.

İdmançı hazırda yarışların keçirildiyi Bosniya və Hersoqovinanın tətbiq etdiyi qaydalara əsasən karantinə alınıb, özünü yaxşı hiss edir və daimi həkim nəzarəti altındadır. İdmançının tezliklə sağalması və vətənə qayıtması üçün ACF bütün lazımi tədbirləri həyata keçirir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish