Azərbaycan derbisində rekord

“Qarabağ” və “Neftçi” arasında Azərbaycan derbisində rekord qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib. Bu, pemyer liqasının 8-ci turunda rəsmiləşib. 3:1 hesablı qələbə qazanan “köhlən atlar” əzəli rəqibini yenə xalsız qoyub.

Qurban Qurbanovun komandası ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xallara yiyələnib.

1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. “Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son 2 qarşıdurmasında 2:0 və 2:1 hesabı ilə qələbə qazanan Ağdam klubu sıralamanı növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.

Ümumən, bu komandalar ölkə çempionatlarında 88 dəfə qarşılaşıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish