- Baxış sayı: 40
- 09 Oktyabr 2024 23:31
- Baxış sayı: 67
- Oktyabr 10, 2024
- 0
Millətlər liqasının qrup mərhələsinin 2-ci turunda sentyabrın 8-də “Koşitse futbol arenası”nda Slovakiya – Azərbaycan oyunu öncəsi mətbuat konfransında baş məşqçimiz Fernandu Santuş açıqlama verib. Allsport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözünə görə, oyuna qələbə üçün çıxacaqlar:
“Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik. Bizim üçün əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır.
Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm.
Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yollda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var”.