Azərbaycan gimnastının dünya çempionatında təqdim etdiyi yeni element təsdiq olunub

İngiltərənin Liverpul şəhərində idman gimnastikası üzrə dünya çempionatında ölkəmizi təmsil edən yığma komandamızın üzvləri – İvan Tixonov, Nikita Simonov, Samirə QəhrəmanovaMilana Minakovskaya çıxışlarını başa vurublar.

Allsport.az saytı xəbər verir ki, bizdən ən yaxşı nəticəni halqalar ilə hərəkətdə Nikita Simonov göstərib. O, dünya çempionatını 11-ci pillədə başa vurub. İdmançının təqdim etdiyi yeni element Beynəlxalq gimnastika federasiyasının kişi idman gimnastikası üzrə texniki komitəsi tərəfindən təsdiq edilib.

Qaydalara əsasən, dünya çempionatında əvvəlcədən təqdim edilən indiyədək heç vaxt icra olunmayan istənilən orijinal element yarış zamanı idmançı tərəfindən qüsursuz şəkildə yerinə yetirilərsə, həmin hərəkət idmançının adı ilə adlandırılır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish