- Baxış sayı: 36
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
“Unutma, YAŞAT!” minifutbol turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu gün finalda Azərbaycan güləş və taekvondo federasiyalarının komandaları üz-üzə gəlib.
Ötən il də finalda məhz bu komandalar qarşılaşmış və yekunda 11 metrdən zərbə sıralamasında bagadırlar qələbə qazanmışdı. Bu dəfə dayanq ustaları əvəz çıxmaq niyyətində idilər.
İlk hissədə 1 qol olub. Hacı Əliyevin havayla ötürməsini Toğrul Əsgərov gözəl zərbəylə tamamlayıb. İkinci hissənin əvvəllərində Ayxan Tağızadə hesabı bərabərləşdirib – 1:1.
Olimpiya çempionu yenidən səhnəyə çıxıb. Namaz Rüstəmovun ötürməsindən sonra topu uzaq küncə göndərən Əsgərov komandamızı yenidən hesabda önə çıxarıb. Finalın və turnirin son qolunu Elmir Əliyev vurub. Hacının ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan gənc güləşçimiz 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Beləliklə, bahadırlar titulunu qoruyaraq 2-ci dəfə bu turnirin çempionuoldu!