- Baxış sayı: 37
- 26 Sentyabr 2023 10:01
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Allsport.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz, bu yarışların tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsini göstərib.
Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutdu. Türkiyə 155 xalla çempion oldu. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşdı.
Komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazandı.