Azərbaycan hökuməti ilə YUNESKO arasında anlaşma

Xəbər verdiyimiz kimi, 27-28 oktyabrda Parisdə YUNESKO-nun baş qərargahında gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitənin (CIGEPS) növbəti sessiyası keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir çərçivəsində, Azərbaycan rəsmisi bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin 7-ci beynəlxalq konfransının Bakıda keçirilməsi ilə bağlı çıxış edib.

Sonra Azərbaycan hökuməti ilə YUNESKO arasında MİNEPS 7-ci konfransının 2023-cü ilin 14-17 martda Bakı şəhərində keçirilməsinə dair Ev sahibi müqaviləsi imzalanıb. Anlaşmanı bizdən Fərid Qayıbov, qarşı tərəfdən baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos imzalayıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish