- Baxış sayı: 95
- 10 Dekabr 2024 15:11
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
Azərbaycan idman jurnalistləri federasiyası milli mətbuatının 145-illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə, ölkə başçısına təşəkkür məktubu göndərib. Allsport.az məktubun məzmununu təqdim edir:
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə
Möhtərəm cənab prezident!
Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığınız sərəncam ölkə mediasına verilən böyük dəyər və etimadınızın növbəti nümunəsidir.
Söz və mətbuat azadlığının təməl prinsipi olaraq, Azərbaycan respublikası konstitusiyasında öz əksini tapması ilə yanaşı, məhz sizin qayğınız və dəstəyiniz ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.
Jurnalistlərin dostu olaraq, Siz həmişə mətbuatımızın yanında olmusunuz, milli jurnalistika ənənələrimizin formalaşmasına böyük töhfə vermişiniz. Ölkə mediasina dəstəyinizi hiss edən idman jurnalistlərimiz də sizin qayğınızdan kənarda qalmırlar.
Bədən tərbiyəsi və idmana qayğınız təkcə ölkəmizdə deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. İdman jurnalistləri federasiyasının fəaliyyətə başlaması da sizin bu sahəyə diqqət və qayğınızdan irəli gələrək, bədən tərbiyəsi və idmanın kütləviliyinin təbliğinə, idman mediasının inkişafına xidmət edir. Məhz sizin sayənizdə bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır.
Cənab prezident!
Biz – idman jurnalistləri bu sərəncamınızı böyük rəğbətlə qarşılayır və Sizin Azərbaycan dövlətinin müstəqilliyinin qorunması uğrunda apardığınız mübarizəni, ölkə daxilində və xaricində gördüyünüz işləri və atdığınız bütün addımları bundan sonra da dəstəkləyəcəyimizi bir daha bəyan edirik.
Ümidvarıq ki, 22 iyul – Milli mətbuat günü münasibətilə təltif edəcəyiniz layiqli media nümayəndələri arasında uzun illər ölkə idmanı və olimpiya hərəkatının təbliğində xidmətləri olmuş idman jurnalistlərimiz də yer alacaqlar.
Sonda bir daha, idman jurnalistləri federasiyası ictimai birliyinin üzvləri – idman jurnalistlərimiz adından mətbuata göstərdiyiniz diqqət və qayğıya görə sizə dərin minnətdarlığımızı bildiririk.