- Baxış sayı: 38
- 03 Oktyabr 2024 14:20
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
“Qrupun ilk matçında İtaliya millisi Azərbaycan ilə qarşılaşacaq. Həmin görüşdə italyanlar qələbə qazanacaqları təqdirdə üstünlük əldə edəcəklər. Lakin nəticədən asılı olmayaraq biz həm İtaliya, həm də Azərbaycanla bir oyun keçirəcəyik və bu görüşlərdən qələbə ilə ayrılmalıyıq”.
Allsport.az xəbər verir ki, bu sözləri futzal üzrə Çexiya millisinin baş məşqçisi Tomas Neuman deyib.
Çexiya mətbuatına danışan T.Neuman Avropa çempionatının final mərhələsində millimizlə oyun barədə fikirlərini bölüşüb: “Azərbaycan yığmasının heyətində altı braziliyalı futzalçı çıxış edir. Onlar çox peşəkardır və rəqibin əsas gücünü təşkil edirlər. Azərbaycanla oyun çox çətin olacaq. Lakin biz rəqibi daha yaxşı analiz etməli və onların necə oyun qurduqlarını öyrənməliyik. Futbolçularım da bu görüşdə bütün gücünü ortaya qoymalıdır. Qrupu lider kimi tamamlayacağımıza inanıram.
Qeyd edək ki, fevralın 3-də İtaliya ilə qarşılaşacaq millimiz iki gün sonra Çexiya yığması ilə üz-üzə gələcək.