- Baxış sayı: 28
- 02 Dekabr 2023 09:31
- Baxış sayı: 47
- Dekabr 01, 2023
- 0
Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri müəyyənləşib. Allsport.az xəbər verir ki, 456 qitə klubunun yer aldığı siyahıda 7 Azərbaycan komandası da var.
Hazırda ölkəmizin ən yaxşı göstəriciyə malik komandası “Qarabağ”dır. Ağdam klubu 13.475 reytinq xalı ilə 129-cu pillədə qərarlaşıb. “Neftçi” 9.725 xalla 167-cidir. 5.475 xala malik “İnter” isə 246-cı pillədə yer alıb.
Bu mövsüm Avroliqanın qrup mərhələsində çıxış etməklə mövqeyini xeyli yaxşılaşdıran “Qəbələ” 5.225 reytinq xalı ilə 253-cü pilləyə qalxıb.
Qalan təmsilçilərimizə gəlincə, “Xəzər Lənkəran” 4.475 xalla 283-cü, “Bakı” və AZAL isə 3.225 xalla 330-cu yerdə gedir.