Azərbaycan kubokunda 5-ci mərhələ “Qənimətlər parkı”nın önündə başa çatıb

Şose velosipedi üzrə Azərbaycan kubokunda 5-ci mərhələyə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Qənimətlər parkı”nın önündə keçirilən yarışda iştirakçılar kriterium ötüşməsində mübarizə aparıblar.

Reqlamentə görə 3 kateqoriyada təşkil olunan yarışda 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənclər və U23/elit yaş kateqoriyası üzrə velosipedçilər arasında qaliblər müəyyənləşib.

Qızlar arasında yarışın nəticəsinə əsasən Viktoriya Sidorenko aralıq finişlərində hamıdan çox xal toplamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova 2-ci, Lalə Abdurahmanova 3-cü olub. 17 yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Ravi RzayevBurxan Abdullayev isə 2-3-cü yerləri bölüşüblər.

Gənclər, U23/elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində isə Azərbaycanın millisinin və Türkiyənin “Sakarya” kontinental komandasının velosipedçisi Elçin Əsədov hamıdan güclü olub. Musa MikayılzadəNəcəf Bağırov isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

Qaliblərə mükafatları BŞGİBİ-nin rəisi Rafiq Abbasov, AVF-nin icraiyyə komitəsinin üzvü Vüqar Salahov və GİN-nin velosiped idmanı üzrə əlsqələndiricisi Ülviyyə Hacıyeva təqdim ediblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish