- Baxış sayı: 60
- 15 Sentyabr 2023 15:16
- Baxış sayı: 29
- Sentyabr 28, 2023
- 0
Qadın futbolçulardan ibarət Monteneqro milli komandasının baş məşqçisi Mirko Mariç DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Allsport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransında bunları söyləyib:
“Topa daha çox biz sahib idik. 2 epizodda fərqlənməyə yaxın olduq. Təəssüf ki, zərbələrimiz dirəkdən geri qayıtdı. Bu gün bəxtimiz gətirmədi. Azərbaycan millisi qol vurdu və sona qədər yaxşı müdafiə olundu”.