Azərbaycan nümayəndə heyəti Avropa olimpiya akademiyasının konqresində iştirak edib

Almaniyanın Frankfurt şəhərində Avropa olimpiya akademiyasının növbəti konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, “Olimpiya hərəkatının fırtınalı suları” adı altında təşkil olunna toplantıda ölkəmizi MOA-nın vitse-prezidenti Fərid Mansurov və beynəlxalq layihələr departamentinin müdiri Səkinə Vəliyeva təmsil ediblər.

Baş assambleyada Manfred Laemmer yenidən qurumun prezidenti seçilib. Yığıncaqda Avropa olimpiya akademiyasının strateji planı da qəbul edilib. Strateji planda qarşıdakı 8 il üçün təşkilatın missiyası, dəyərləri, məqsədləri və strateji təşəbbüsləri öz əksini tapıb. Yaxın gələcəkdə Akademiyanın əlavə seminarlarının keçirilməsi haqda müzakirələr aparılıb.

Baş assambleyada Malta olimpiya akademiyasının üzvlüyü (30-cu üzvü) qəbul edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish