Azərbaycan nümayəndə heyəti Avropa şurasının konfransında

Gənclər və idman naziri Fərid Qayıbov, Antalyada Avropa şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, tədbirin ilk günü o, idman üzrə genişləndirilmiş hissəvi sazişinə (EPAS) üzv dövlətlərin idman nazirlərinin toplantısında iştirak edib.

Onu AGİN-in beynəlxalq əlaqələr şöbəsinin müdiri, EPAS idarə heyətinin üzvü Namiq Novruzov müşaiyət edir. Yığıncaq çərçivəsində oktyabrın 27-də “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda dəyirmi masalar keçiriləcək. Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin mövzu üzrə məruzəçisi qismində çıxış edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish