- Baxış sayı: 86
- 25 Aprel 2025 20:07
- Baxış sayı: 49
- Aprel 27, 2025
- 0
Fevralın 28-dən martın 1-dək Almaniyanın Frankfurt şəhərində Avropa olimpiya komitələrinin 54-cü baş assambleyası keçirilir.
Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov iştirak edirlər.
Toplantı çərçivəsində Milano-Kortina 2026 qış olimpiya oyunları, İstanbul 2027 Avropa oyunları və AOK-un “Strategiya Gündəliyi – 2030” kimi vacib mövzular gündəmdədir. Bundan əlavə, “Ən yaxşı avropalı gənc atlet” üçün “Pyotr Nurovski” mükafatı və Avropa olimpiya komitəsinin “Olimpiya çələngi” mükafatı təqdim ediləcək