- Baxış sayı: 41
- 10 İyul 2026 15:21
- Baxış sayı: 41
- İyul 10, 2026
- 0

Ölkə başçısı İlham Əliyev, Azərbaycan minifutbol federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, millinin Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan quruma 1 milyon manat ayrılıb.
Maliyyə nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, nazirlər kabinetinə bundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan minifutbol yığması Slovakiyanın paytaxtı Bratislavada finalda Ukraynanı 2:0 yenib.