“Azərbaycan qran prisində 1500-dən çox könüllünün iştirakı planlaşdırılır”

“Formula-1 Azərbaycan qran prisində 1500-dən çox könüllünün iştirakı planlaşdırılır. Könüllülük proqramı ilə bağlı elan verildikdən sonra ilk gün ərzində artıq 6 mindən çox müraciət daxil olub”.

Allsport.az saytı xəbər verir ki, bunu Bakı şəhər halqası əməliyyat şirkətinin insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova deyib. O, könüllü olmaq üçün proqram çərçivəsində 9 mindən çox gənc qeydiyyatdan keçdiyini qeyd edib:

“Hətta xaricdən gələn müraciətlər də var və say məhdud olduğu üçün ciddi seçimlər edilməlidir. Seçim zamanı liderlik, komanda ilə birgə işləmək bacarığı, kommunikasiya, tolerantlıq kimi kriteriyalar əsas götürülür. Seçimlə bağlı 100-dən çox müsahibə keçirilir”.

Azərbaycan mükafat yarışı aprelin 28-30-da olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish