Azərbaycan reytinq cədvəlinə liderlik edir

Avropa voleybol konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Allsport.az xəbər verir ki, həm qadınların, həm də kişilərin sıralamasında Azərbaycan birinci yerdə qərarlaşıb (qadınlar 75 xal, kişilər 90 xal).

Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb. Belə ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.

Həmin kateqoriyadan