- Baxış sayı: 32
- 04 Dekabr 2024 22:48
- Baxış sayı: 94
- Dekabr 05, 2024
- 0
Rumıniya paytaxtı Buxarestdə yeniyetmələrin Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçilərimiz tarixi uğura nail olub. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi ilə 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb.
6 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionatında aşkar dominantlıq edən milli, 210 xal toplayaraq komanda hesabında 1-ci yer tutub. Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqlayıb. Gürcüstan isə 118 xalla 3-cü yeri tutub.
Azərbaycan komandası birdən-birə 2 rekordunu yeniləyib. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticə göstərib.
Qitə birinciliyində Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ağa Qasımov (60 kq) 2-ci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) 3-cü yer tutublar.