Azərbaycan şahmatçıları Avropa çempionatı üçün qardaş ölkəyə yollanıb

Noyabrın 6-da Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında qitənin ən güclüləri müəyyənləşəcək.

Azərbaycanı yarışda 39 şahmatçı təmsil edəcək. Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish