• Ça. İyl 5th, 2022

Azərbaycan triatlonçusu qitə kubokunda 8-cı olub

Apr 4, 2022

Rostislav Pevtsov, İspaniyanın Melilla şəhərində Avropa kubokunda 8-cı olub. Allsport.az saytı xəbər verir ki, o, 69 triatlonçunun mübarizə apardığı yarışı 48 dəqiqə 01 saniyəlik nəticə ilə başa vurub.

Rostislav 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub.

Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 07 saniyə nəticə ilə tamamlayıb.

Hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.

AllEscortAllEscort