- Baxış sayı: 36
- 19 Yanvar 2025 23:35
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Azərbaycan millisinin DÇ-2022-dəki rəqibi Serbiya yığmasının üzvü Uroş Raçiç komandamızla keçirəcəkləri matç haqqında danışıb.
Allsport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycanla görüşə 3 xal üçün çıxacaqlarını deyib:
“Həmişə olduğu kimi, yenə meydana qalib gəlmək üçün çıxacağıq. Biz Lüksemburqdan daha səviyyəli komandayıq. İlk matçda da bunu göstərdik. Həmin oyunu yenidən təkrarlamalıyıq. Təbii ki, eyni resepti Azərbaycana qarşı da tətbiq edəcəyik. Komanda üzərində müsbət təzyiq var. Hər iki görüşdə qələbə qazanmalıyıq. İrlandiyaya qarşı oynadığımız performansı göstərə bilsək, həm Lüksemburqu, həm də Azərbaycanı məğlub edəcəyik”.
Serbiya yığması oktyabrın 12-si Belqradda Azərbaycan millisini qəbul edəcək.