• Ça. İyl 5th, 2022

Azərbaycan və İsrail arasında “Birgə bəyannamə”

Apr 6, 2022

Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov, İsrail вövlətinin turizm naziri Yoel Razvazovu qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən gənclər və idman istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir, qonağa Azərbaycan idmanında son illər görülən işlər və əldə olunan uğurlar barədə məlumat verərək bildirib ki, bu sahədə əməkdaşlıq, xüsusən də, birgə təlim-məşqlər hər iki tərəf üçün faydalı ola bilər.

Qeyd olunub ki, Azərbaycanla İsrail arasında mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə ehtiyac var.

Sonda 2 ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə bəyannamə” imzalanıb. Sənədi Azərbaycan tərəfdən gənclər və idman naziri Fərid Qayıbov, İsrail tərəfdən isə turizm naziri Yoel Razvazov imzalayıblar.

AllEscortAllEscort