Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

2025-ci ilin mart ayında Azərbaycan milli antidopinq agentliyi (AMADA) ilə Polşa antidopinq agentliyi (POLADA) arasında imzalanmış anlaşma çərçivəsində POLADA-nın direktoru, Avropa Şurasının antidopinq konvensiyasının monitorinq qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə olub.

Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində AMADA-nın İcraçı direktoru Təhminə Tağızadə nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı sözləşmədən irəli gələn öhdəliklər, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri və ortaq maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər, xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Həmin kateqoriyadan