- Baxış sayı: 44
- 09 Noyabr 2025 12:40
- Baxış sayı: 91
- Noyabr 09, 2025
- 0

Azərbaycanın 7 şəhərində III MDB oyunları davam edir.
Allsport.az saytı xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 157 (89-40-28) medalla liderdir. Azərbaycan isə 139 medalla ikinci pillədə qərarlaşıb: 23 qızıl, 44 gümüş və 72 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 84 (20-23-41) medal.
Bu günə qədər III MDB oyunlarında 9 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.