- Baxış sayı: 13
- 12 Dekabr 2025 12:57
- Baxış sayı: 174
- Dekabr 11, 2025
- 0

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. 9-cu qrupda yer alan U-17 milli Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.
Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.