“Azərbaycana yenilgi bizim üçün yaxşı bir şillə oldu”

Şimali Makedoniya yığmasının baş məşqçisi Bloqaya Milevski “ay-ulduzlular”ımıza qarşı yoxlama matçında 1:3 hesablı yenilgini şərh edib. Allsport.az saytı xəbər verir ki, 51 yaşlı mütəxəssis oyundan bu üzüntüdən dərc çıxarmalı olduqlarını deyib:

“O ki qaldı öz oyunumuza, bunun faydası olacaq. Əgər Finlandiya ilə bundan öncəki yoxlama görüşündə məni qane etməyən nəsə vardısa, bu görüşün birinci hissəsində – qol buraxmayana qədər müsbət nələrsə oldu. Digər tərəfdən, mən gərək düzünü deyim. Bu məğlubiyyət bizim hamımız üçün yaxşı bir şillə oldu.

Biz hamımız əlimizi alnımıza qoyub düşünməliyik ki, Makedoniya millisinin formasına nə dərəcədə hörmət edirik. Bu məsələdə əvvəlcə özümdən başlayır, sonra futbolçulara keçirəm. Əgər bütün bunlardan gələcəkdə müsbət nəsə olacaqsa, yaxşı ki, bu şillə bizə indi dəydi.

Futbol planı baxımından mən hazır olacacağımıza şübhə etmirəm. Amma biz hər oyun öncəsi fikirləşməliyik ki, zəif rəqib və futbolda improvizasiya olmur. Hər şeydən əvvəl biz özümüzə hörmətlə yanaşmalı, Makedoniya millisinə verəcəyimiz fayda haqda fikirləşməliyik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish