Azərbaycanda cüdonun 50-illiyinə marka dövriyyəyə buraxılıb

Azərbaycan cüdo federasiyası “Azərpoçt” ilə əməkdaşlıq çərçivəsində ölkədə cüdonun yaranmasının 50-illiyinə poçt markasını təqdim edib.

Allsport.az saytı xəbər verir ki, Beynəlxalq cüdo federasiyasının prezidenti Mauris Vizer və Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev tərəfindən poçt markasının söndürülməsi mərasimi həyata keçirilib.

“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərində 48000 tirajla çap olunub. Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklindədir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish