“Azərbaycanda yalnız 3 klubun çox pulu var”

“Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç Antalyada “Legiya” – “Səbail” matçını izləyib.

Allsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi keçmiş komandasının düşərgəsini ziyarət edib. O, Azərbaycan premyer liqası haqda danışarkən turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan klubları – “Qarabağ”, “Sabah” və “Neftçi”ni fərqləndirib:

“Orada yalnız ilk üç yerdəki komandaların çox pulu var. “Səbail” isə ən zəifdir”.

“Səbail”lə “Legiya” arasında keçirilən yoxlama görüşü 2:2 hesabı ilə bitib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish