- Baxış sayı: 20
- 07 Dekabr 2025 10:00
- Baxış sayı: 221
- Dekabr 05, 2025
- 0

Avropa liqasının 2-ci ələməsinin cavab oyunları Azərbaycanın UEFA əmsalında mövqeyinə təsir göstərməyib. Allsport.az saytı xəbər verir ki, ölkəmiz bu siyahıda 55 ölkə arasında yenə 22-cidir, hesabda 17.000 xal var.
Onun 2.250 xalı (0.750 “İnter”, 0.625 “Zirə”, 0.500 “Qarabağ”, 0.375 “Qəbələ”) cari mövsümdə qazanılıb. Klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır, heç-heçə 0.125 xal verir.
Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir. Hazırda bizdən adı son 2 çəkilən komanda avrokubokda mübarizəni davam etdirir.