- Baxış sayı: 25
- 10 Noyabr 2025 11:55
- Baxış sayı: 83
- Noyabr 09, 2025
- 0

Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Allsport.az xəbər verir ki, yerli mətbuata danışan Stoykoviç, Azərbaycanla matçda qələbə qazanmalı olduqlarını bildirib:
“Azərbaycanla matçda qələbədən başqa heç nə gözləmirik. Növbəti oyunda üç xal qazanıb, Portuqaliya ilə həlledici oyuna yaxşı hazırlaşmalıyıq”.
Sabah keçiriləcək Serbiya – Azərbaycan matçı saat 22:45-də başlayacaq.