- Baxış sayı: 32
- 06 Fevral 2025 16:56
- Baxış sayı: 115
- Fevral 05, 2025
- 0
Latviya 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – “Olayne/Super Nova” doğma meydanda çempionatın lideri “Babite” ilə qarşılaşıb. Hansı ki, bu komanda əvvəlki 16 oyununun hamısında qalib gəlmişdi. Amma bu matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb – 3:0.
Lideri məhz azərbaycanlı futbolçular deviriblər. Vüqar start heyətdə başladığı matçın 90-cı dəqiqəsində əvəzlənib. Orxan isə 59-cu dəqiqədə meydana daxil olub.
Qarşılaşmada hesabı 5-ci dəqiqədə adı ilk çəkilən həmyerlimiz açıb. 69-cu dəqiqədə digəri özünün və komandasının 2-ci qolunu vurub. “Olayne”nin gözlənilməz qələbəsini 83-cü dəqiqədə Orxan rəsmiləşdirib – 3:0.
Bu, Əsgərovun cari mövsümdə vurduğu 23-cü qol olub. Həsənəliyev isə 8 qol vurub. 34 xal toplayan “Olayne” 15 klub arasında 4-cü pillədə qərarlaşıb.