Azərbaycanlı gənc mütəxəssislər AVF-in məşqçilər konvensiyasında

Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa voleybol konfederasiyası regional voleybol inkişaf mərkəzlərinin xətti ilə məşqçilər konvensiyası keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda tanınmış voleybol mütəxəssisləri taylandlı Kiattipong Radçatagriengkai və amerikalı Con Kessel müxtəlif ölkələrdən qatılan iştirakçılara həm nəzəri, həm də praktiki təlimlər keçiblər. 160-dan çox məşqçi-müəllimlərin iştirak etdiyi konvensiyaya ölkəmizdən 4 məşqçi – Yana Kuznetsova, Vadim Kutukov, Vladimir LarkinVüsal Qurbanov qatılıblar.

3 gün davam edən konvensiyada əsasən, orta məktəb müəllimləri iştirak ediblər. Onların əksəriyyəti aşağı yaş qruplarında məşq keçən mütəxəssislərdir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish