- Baxış sayı: 44
- 19 Mart 2025 21:17
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova tarixi nəticəyə nail olub. Allsport.az saytı xəbər verir ki, o, İngiltərənin Liverpul şəhərində dünya çempionatında bürünc medala yiyələnib.
17 yaşlı idmançı hakimlərdən 44.199 xal alıb. Bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülükdə ilk mükafatıdır.
Onun əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Tokio-2020 yay olimpiya oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.