Azərbaycanlı taekvondoçular “Dutch Open” beynəlxalq turnirində medallar qazanıblar

Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə “Dutch Open” beynəlxalq turniri başa çatıb. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparıb. Turnirə 19 idmançı ilə qatılan komandamızın iki üzvü medal qazanıb.

Qadın taekvondoçulardan Patimat Abakarova (49 kq) final döyüşündə serbiyalı Tijana Boqdanoviçə məğlub olaraq gümüş medala layiq görülüb.

Kişi taekvondoçularun yarışında isə sonuncu Avropa çempionatının qalibi Radik İsayev (87 kq) yarımfinalda Koreya Respublikası təmsilçisi Cha Dong Minə məğlub olaraq turniri bürünc medalla başa vurub.

Yığma komanda martın 17-də Vətənə dönəcək.

Həmin kateqoriyadan