- Baxış sayı: 47
- 09 Oktyabr 2024 10:16
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Allsport.az xəbər verir ki, yüksək liqada yarımfinalın növbəti oyunları keçirilib. Günün ilk matçında “Murov” və “Abşeron” komandaları üz-üzə gəliblər.
Görüşə daha yaxşı başlayan “Abşeron” 1-ci setdə 25:19 hesabı ilə qalib gəlib. Cütün ilk görüşündə qələbə qazanmış “Murov” 2-ci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib (25:22). Lakin yenidən təşəbbüsü ələ alan “Abşeron” növbəti setlərdə 29:27 və 27:25 hesabları ilə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan “Abşeron” cavab oyununda rəqibini eyni hesabı ilə məğlub edib. Beləliklə, bu komandaların mübarizəsində qalibin adına 3-cü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.
Yarımfinalın digər matçı UNEC-lə “Azərreyl” arasında baş tutub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş “Azərreyl” bu dəfə də quru hesabla (25:13, 25:13 və 25:06) sevinən tərəf olub. Beləliklə, hər 2 qarşılaşmada qalib gələn “Azərreyl” finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.
Yüksək Liqa
Yarımfinal (ikinci oyunlar)
“Murov” – “Abşeron” 1:3 (19:25, 25:22, 27:29, 25:27)
UNEC – “Azərreyl” 0:3 (13:25, 13:25, 06:25)
İlk oyunların nəticələri
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC 3:0 (25:07, 25:14, 25:17)