- Baxış sayı: 43
- 15 Yanvar 2025 21:56
- Baxış sayı: 410
- Yanvar 15, 2025
- 0
Qadın voleybolçular arasında yüksək liqada növbəti oyunlar keçirilib.
Allsport.az xəbər verir ki, bu gün GİN-nin voleybol mərkəzində II turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Azərreyl” və “Murov Az terminal”la komandaları çıxıblar. Gərgin keçən bu görüşdə “Azərreyl” 3:2 hesabı ilə qalib gəlib.
Növbəti oyun “Abşeron” və UNEC klubları arasında olub. Famil Ağayevin məşqçilik etdiyi komanda bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.
II turun son oyunu sabah Gəncə şəhərində keçiriləcək. İdman sarayında “Gəncə” komandası “Milli aviasiya akademiyası”nı qəbul edəcək.
Yüksək liqa (qadınlar)
II tur
6 dekabr
“Azərreyl” – “Murov Az terminal” 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16)
“Abşeron” – UNEC 3:0 (25:10, 25:12, 25:9)
7 dekabr
15:00. “Gəncə” – “Milli aviasiya akademiyası”
Gəncə idman sarayı