- Baxış sayı: 34
- 19 Mart 2023 14:55
- Baxış sayı: 19
- Mart 20, 2023
- 0
İqtisad universitetinin Qubadakı idman-sağlamlıq mərkəzində qadın voleybolçuların super liqasında növbəti oyunlar keçirilib. Allsport.az xəbər verir ki, ilk oyunda “Abşeron” UNEC-dən üstün olub – 3:0 (25:12, 25:15, 25:10).
Digər qarşılaşmada isə “Azerreyl” “Murov”a eyni hesabla qalib gəlib (25:20, 25:13, 25:20).
“Azərreyl” 12 xalla yenə liderdir. 2-ci pillədə qərarlaşan “Abşeron” da eyni xala malikdir. Lakin onlar set fərqində rəqiblərindən geri qalırlar.
“Murov” klubunun uduzması isə set fərqində üçüncü yeri “Mübariz”ə verməsi ilə nəticələnib. Hər iki komanda 3 xal yığıb. UNEC-in hesabında isə hələlik xal yoxdur.