- Baxış sayı: 46
- 19 Mart 2025 22:28
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Kişi həndbolçuların Azərbaycan çempionatının final mərhələsində I-IV yerlər uğrunda yarışan “Azəryol” və “Qarabağ” komandaları növbəti tur çərşivəsində üz-üzə gəliblər.
Allsport.az xəbər verir ki, “AHF Arena”da keçirilən oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissəsi 15:15 hesabı ilə yekunlaşan görüşün ikinci hissəsində daha inamlı mübarizə aparan “Azəryol” yüksək əzmkarlıq sayəsində qarşılaşmadan qalib ayrılıb -32:28.
Qadın həndbolçuların final mərhələsində V-VI yerlər uğrunda mübarizə aparan “Gənclər Birliyi” və “Təhsil” komandalarının oyununda isə nominal ev sahibinin qələbəsinə inananlar yanılmayıblar. Matçın əvvəlindən təşəbbüsə yiyələnən “Gənclər Birliyi” həm fasiləyədək, həm də, ikinci hissədə nümayiş etdirdiyi fəal oyunla növbəti qələbəsini rəsmiləşdirib -34:18.