- Baxış sayı: 42
- 06 İyul 2025 20:51
- Baxış sayı: 43
- İyul 07, 2025
- 0
“AHF arena”da qadın həndbolçuların superliqasının 7-ci turunda “Azəryol” ölkə çempionatının öndəri “Qarabağ”a 27:26 qalib gəlib. Görüşdən sonra komandanın kapitanı Rəna Həsənova təəssüratını allsport.az saytına paylaşıb:
“Oyun gərgin idi. İlk hissədə yaxşı çıxış etdik və qarşıya qoyulan tapşırığın öhdəsindən gəldik.
Təəssüf ki, 2-ci yarıda çoxlu səhvlər etdik, topları vura bilmədik, əvəzində, rəqib bundan yararlandı.
Buna rəğmən, oyun xeyrimizə bitdi. Səhvlərdən nəticə çıxarıb, onların üzərində işləyəcəyik”.