Azad Rəhimovun işini təqdir etdi: Bakıdakı oyunlardan sonra, bizə yaxşı idman qurğuları qalıb

“Avropa oyunlarının gələcəyini yaxşı görmək istərdim. Mən həm də Avropa gimnastikasının rəhbəriyəm. Xatırladım ki, 2013-cü ildən etibarən orada vitse-prezident vəzifəsindəyəm və bu danışıqlarda Avropa gimnastikası adından hər zaman iştirak etmişəm”. Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib. Onun sözünə görə, Bakı-2015 qitə idmanının hafizəsində dərin iz buraxıb:

“Qürur hissi ilə qeyd edirəm: Azərbaycanda keçirilən 1-ci Avropa oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün nazir kimi fəxr edirəm ki, bu oyunlar məhz doğma Vətənimizdə keçirilib. Yeri gəlmişkən, Bakıdakı oyunlardan sonra bizə yaxşı miraslar, o cümlədən idman qurğuları qalıb.

Bu gün biz görürük ki, həm Formula 1 yarışlarında, həm də Avropa, İslam oyunlarında yetişən mütəxəssislərimiz hazırda nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə irimiqyaslı tədbirlərin təşkilat komitəsində çalışırlar. Səudiyyə Ərəbistanına Formula-1 yarışlarına və digər ölkələrə dəvət alırlar. Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında isə çoxlu sayda aparıcı mütəxəssisimiz çalışıb”.

Fərid Qayıbov bildirib ki, Avropa oyunları ölkəmizdən sonra Belarus təşkil olunub. Növbəti dayanacaq Polşadadır. İndi istiqamət bir az Qərbə tərəf yönəlib. Məndə olan məlumata görə artıq növbəti təşkilatçı ölkə müəyyənləşib.

İlk qitə oyunları mərhum gənclər və idman naziri Azad Rəhimovun dönəmində keçirilib. O daim çıxışlarında, sözü gedən nüfuzlu tədbirdə tikilən idman qurğularının irs olaraq qalacağını qeyd edirdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish