Azad Rəhimovun vəziyyəti ağırlaşdı

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.  Allsport.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda onun vəziyyəti ağır qiymətləndirilir. 

Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. 56 yaşlı nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir. (Qafqazinfo)

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish