“Azarkeşlərə yaratdıqları atmosferə görə təşəkkür edirik”

“Şamaxı” premyer liqasının 3-cü turunda evdə “Səbail” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərli bunu deyib:

“Azarkeşlərə yaratdıqları atmosferə görə təşəkkür edirik. Onlar möhtəşəm idilər. Üç oyundur ki, komandamız əzmkarlıq göstərir, amma qalib gələ bilmirik. Hazırlıq üçün qısa vaxtımız var idi. Çünki oyunlar arasında zaman çox deyildi.

Rəqibi yaxşı təhlil etmişdik. Cərimə meydançasında yaxşı çoxala bilirdik, ancaq tələskənlik olurdu. Bunu da zaman keçdikcə inkişaf etdirəcəyik. Vaxt lazımdır, gənc və perspektivli futbolçulara sahibik. Onlara inanmalıyıq, fürsət vermişik. Futbolçularımıza təşəkkür edirəm ki, bu cür oyun göstərdilər”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish