- Baxış sayı: 93
- 26 Mart 2023 18:53
- Baxış sayı: 96
- Mart 26, 2023
- 0
Bu gün “ABU-arena”da qadın həndbolçuların ölkə çempionatında 9-ci turun görüşləri oldu. Allsport.az saytı xəbər verir ki, mərkəzi oyunda “Qarabağ” və “Azərsu” qarşılaşdı. İlk yarını Çingiz Əzimovun komandası 19:12 üstün qapadı.
Növbəti hissədə də “Qarabağ” hesabda xeyli öndə idi. Amma bölmənin ortalarından durumu ələ alan “Azərsu” son dəqiqədə tarazlığı bərpa etdi – 34:34. Bu zaman rəqib hətta 1 oyunçu azlıqda idi. Amma hücum fürsəti qazanan “Qarabağ” təcrübəli hücumçu Marina Tankaskayanın dəqiqliyi sayəsində bitimə 2 saniyə qalmış qələbə topunu vurdu (35:34).
Çempionatın lideri “Azəryol” autsayder “İdman akademiyası”nı 44:26 üstələyib.