- Baxış sayı: 30
- 13 May 2025 20:41
- Baxış sayı: 73
- May 13, 2025
- 0
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin yeni məşqçilər korpusu tam formalaşıb. Allsport.az saytı apasport.az-a istinadən xəbər verir ki, komandamızı növbəti yarışlara 5 nəfərdən ibarət heyət çalışdıracaq. Yığmamızın “sükanı” İngiltərə millisini də çalışdırmış macarıstanlı Tomaş Feherə tapşırılıb.
Elə də uğurlu karyerası olmayan mütəxəssisə həmyerlilərimiz köməklik edəcəklər. Komandamızın sabiq çalışdırıcıları Nizami Paşayev, Xanlar Nəbiyev, Hafiz Süleymanov və Elmar Sultanov yenidən əsas millimizdə işləyəcəklər.