AzVİF-in 1-ci vitse-prezidenti olimpiyaçı Elçin Əsədovla görüşüb

Azərbaycan velosiped idmanı federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov Tokio-2020 yay olimpiya oyunlarında iştirak edəcək Elçin Əsədovla görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda AzVİF-in baş katibi Fərhad Əliyev və yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov da iştirak ediblər.

İdmançımıza olimpiadada uğurlar arzulayan Sahib Ələkbərov Azərbaycan velosiped məktəbinin öz yetirməsinin bu mötəbər yarışda ilk dəfə iştirak hüququ qazanmasını xüsusi qeyd edib və bunun gənc velosipedçilər üçün stimul olduğunu deyib. Federasiyanın 1-ci vitse-prezidenti iyulun 24-də start xəttinə çıxacaq Elçin Əsədovun ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını vurğulayıb.

Olimpiadada şose velosipedinin qrup ötüşməsində mübarizə aparacaq Elçin Əsədov hazırlıq prosesinin plana uyğun getdiyini deyib və Tokioda uğurlu çıxış üçün bütün bacarığını səfərbər edəcəyini bildirib

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish