AzVİF-in İsmayıllıda bölməsi açılıb

Ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində federasiyasının ilk regional nümayəndəliyi açılıb. Allsport.az saytı xəbər verir ki, bundan sonra İsmayıllıda bu idman növü üzrə bölmə fəaliyyət göstərəcək. Olimpiya idman kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola biləcəklər.

Bundan başqa, Şamaxı olimpiya idman kompleksinə baxış keçirilib və yaxın günlərdə burada da federasiyanın filialının açılması planlaşdırılır. Regional nümayəndəliklərin açılmasında əsas məqsəd kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish