- Baxış sayı: 58
- 16 Yanvar 2025 21:48
- Baxış sayı: 39
- Yanvar 24, 2025
- 0
Gimnastika növünün ən zərif nümayəndələri bu dəfə 9-11 dekabr tarixlərində milli gimnastika arenasında keçiriləcək 29-cu Bakı çempionatı və birinciliyində qüvvələrini sınayacaqlar.
Allsport.az xəbər verir ki, yarışda “Ocaq sport” klubu, ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər gimnastika məktəbi (BGM), respublika kompleks idman məktəbi, “Grasiya” idman klubu, sərhədçi olimpiya idman mərkəzi, Şağan olimpiya idman kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.
Yarışda idmançılar balacalar (2014-2016-cı il təvəllüdlülər), yeniyetmələr (2011-2013-cü il təvəllüdlülər) və gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Üç gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.